EN

Buskets karyerasını bitirir

“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskeets gələcəyi ilə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını başa vurmağa hazırlaşır.

37 yaşlı orta xətt oyunçusu qərarını noyabr ayında açıqlayacaq.

Qeyd edək ki, Serxio Buskets “Barselona”nın yetirməsidir. Təcrübəli oyunçu Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 722 rəsmi matçda 18 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisinin sabiq üzvü 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

Chosen
15
4
msport.az

10Sources