EN

"Ölümündən əvvəl "Əməkdar artist" adından imtina etmək istəyirdi" - VİDEO

Mərhum Əməkdar artist Yaqub Zurufçunun xanımı Aynur Zurufçu onun ölüm ildönümü ilə bağlı müsahibə verib.
 
Aynur "Künc-bucaq" yutub layihəsində onun sağlığındakı arzularından söz açıb.
 
O bildirib ki, Y.Zurufçu sağlığında Əməkdar artist fəxri adından imtina etmək istəyib:
 
"Polad Bülbüloğlu, Əbülfəs Qarayev mədəniyyət naziri olduğu dönəmdə onun Xalq artisti fəxri adı alması məsələsi aktual idi. Polad Bülbüloğlu o vaxt demişdi ki, Yaqub Zurufçu Azərbaycan vətəndaşı deyil, ona görə də fəxri ad verilmir. Amma sonra Prezident İlham Əliyevin sərəncamı ilə Yaqub Azərbaycan vətəndaşı oldu. Beləcə, Əməkdar artist adı aldı. Amma Xalq artisti fəxri adı qaldı. Bu da neçə il belə getdi. Yaqub bəy həyatının son vaxtlarında Əməkdar artist adından imtina etmək sitəyirdi ki, istəmirəm. Deyirdi, çıxıb mediada bunu açıqlayacağam. Sonra düşündü ki, yaxşı deyil. Onu elə vəziyyətə çatdırdılar ki, fəxri adından diksinmişdi".
 
A.Zurufçu müğənninin ilk evliliyindən olan övladlarından da söz açıb:
 
"Bir qızı, bir oğlu var. Onlar Amerikada yaşayır. Sağlığında da övladları ilə münasibətləri yaxşı deyildi. Bunun səbəbkarı mən deyiləm. İndi oğlum böyüyəndə istəyərsə bacı və qardaşı ilə əlaqə qurar".
 
Qeyd edək ki, Y.Zurufçu 2021-ci ildə koronavirusdan dünyasını dəyişib. (Axşam.az)

Chosen
2
7
moderator.az

8Sources