EN

“Bəxt üzüyü”nün Moşusu teatrla vidalaşdı

“Bəxt

“Həyat yoldaşım 10 il əvvəl rəhmətə gedib, indi tək yaşayıram, amma övladlarıma möhtac deyiləm”, – deyə o bildirib. “Bəxt üzüyü” filmindəki Moşu obrazı ilə yadda qalan aktyor, yaşına və səhhətinə görə teatrla vidalaşıb.81 yaşlı xalq artisti Valeh Kərimov iyun ayından etibarən Mingəçevir Dövlət Dram Teatrından ayrıldığını bildirib. O, müqaviləsinin müddətinin bitdiyini və şəxsi istəyilə uzatmadığını qeyd edib. Son dəfə Tufan Minnullinin “Ərməğanlı Ərməndər” əsərini səhnələşdirib. Aktyor deyib ki, yol uzaq olduğu üçün hər dəfə Mingəçevirə gedə bilmirdi və sağlamlığı da tam imkan vermirdi. Boş qalmamaq üçün evdə krossvord həll etdiyini, bununla vaxtını dəyərləndirdiyini söyləyib. O, həyat yoldaşının 10 il əvvəl vəfat etdiyini və hazırda tək yaşadığını bildirib. Valeh Kərimov “Bəxt üzüyü” filmindəki “Moşu” obrazı ilə tamaşaçıların qəlbində dərin iz buraxıb.Ulusum.az

Diqqət Çəkənlər

Aysun və Ülvidən yeni duet: “Üzgun” – duyğusal ifa dinləyicilərlə görüşdü

İtaliyada 1,1 Milyon İnsan Altsheymer Xəstəliyindən Əziyyət Çəkir

Sadettin Saran “Fənərbaxça”nın yeni prezidenti seçildi — Ali Koç dövrü başa çatdı

Chosen
10
ulusum.az

1Sources