EN

Türk deputat İrəvanda Zəngəzur dəhlizindən danışdı

“Tramp yolu” ticarət və normal münasibətlərin möhkəmləndirilməsi üçün çox vacibdir”.

News365.az xəbər verir ki, bunu İrəvanda olan türkiyəli deputat Fatma Aksal jurnalistlərlə söhbətində bu yolun Ermənistan və Türkiyə arasında ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcəyini qeyd edib.

“Türkiyə həm də Ermənistan üçün Şərqlə Qərb arasında körpü ola bilər və Ermənistanın Avropa ilə daha birbaşa əlaqədə olmasına kömək edəcək”, - deputat bildirib.

Aksal Azərbaycan və Türkiyənin niyə “Zəngəzur dəhlizi” ifadəsini işlətməyə davam etməsi və bunun Ermənistana qarşı ərazi iddiası olub-olmaması barədə suala belə cavab verib: “Xeyr, bu, Ermənistana qarşı ərazi iddiası deyil. Məncə, sülhdə heç kim uduzmur, müharibədə isə heç kim qalib gəlmir”.

Fatma Aksal da optimist olmağı tövsiyə edib.

Xatırladaq ki, Türkiyə və Azərbaycandan olan nümayəndə heyətləri NATO Parlament Assambleyasının 22-23 sentyabr tarixlərində İrəvanda keçirilən seminarında iştirak edirlər.


Chosen
18
2
news365.az

3Sources