EN

Rəşad Nəbiyev: Azərbaycanın yalnız mal daşınması üçün deyil, həm də hab kimi mövqeləndirilməsi planlaşdırılır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Nəqliyyat dəhlizlərini diversifikasiya edərək, ixracatçılarımız üçün əlavə imkanlar yaradırıq".

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O qeyd edib ki, texnologiyanın layihələrə necə daxil edilə biləcəyi və bazarda səmərəliliyin necə təmin oluna biləcəyi düşünülməlidir:

"Bu prosesi başlatdığımız zaman fərqli bazar oyunçularının müxtəlif maraqlara sahib olduğunu müşahidə edirik. İlk addım olaraq, beş ildən sonra harada olmaq istədiyimizi müəyyən etdik və digər şirkətlərin strategiyasını da bu istiqamətə uyğunlaşdırdıq. Beləliklə, yalnız mal daşınmasından deyil, həm də bu şirkətlərdə səmərəliliyin artırılmasından faydalandıq. Beş il əvvəl mövcud olan səmərəliliyi bugünkü göstəricilərlə müqayisə etdikdə, fərq açıq şəkildə görünür".

Nazir vurğulayıb ki, Azərbaycanın yalnız mal daşınması üçün deyil, həm də hab kimi mövqeləndirilməsi planlaşdırılır:

"Məsələn, Ələt limanının yaxınlığında tikilən yeni beynəlxalq hava limanı mövcud infrastruktura alternativ olaraq nəzərdən keçirilir. Bundan əlavə, şirkətlərdə proseslərin optimallaşdırılması çərçivəsində rəqəmsallaşmanı da tətbiq etdik. Dövlət müəssisələrinin rəqəmsallaşdırılması, istəsək də, istəməsək də, ölkədə ümumi rəqəmsal transformasiyaya təsir göstərəcək. Son üç ildə yalnız Ələt və Ələt Dəniz Limanı daxilində 3 000-dən çox yeni iş yeri yaradılıb. Bu, həmçinin ölkəmiz üçün ixrac imkanlarını genişləndirir".

"Əsasən, quru ölkəsi olduğumuzdan ixracatçılarımız üçün əsas xərclərdən biri logistika ilə bağlıdır. Şimal, cənub, şərq və qərb dəhlizlərini diversifikasiya edərək, ixracatçılarımız üçün əlavə imkanlar yaradırıq", - deyə nazir əlavə edib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
oxu.az

2Sources