EN

Diqqət: Sentybarın 22-si ilə bağlı bu şəxslərə XƏBƏRDARLIQ

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəifləyib. 

News24.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 Həftə ərzində əsasən C sinifli alışmalar olmuş və 4216 ləkə regionunda cəmi bir M1.5 sinifli alışma qeydə alınıb. 

Alışmalar nəticəsində baş verən Tac Kütlə Atılmalarından Yerə istiqamətlənmiş olanı qeydə alınmamışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 157 ləkə, həmçinin şimal yarımkürəsində böyük Tac Dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək (maks: 6213 pfu) səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalıb.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 872 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -16 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (353 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 16.32 nT, radial istiqamətdə isə 7.72 nT təşkil edir.

Hesabat dövründə (15 sentyabrda) Tac Dəliyinin təsiri ilə başlayan və G3 (güclü) səviyyəsinə yüksələn geomaqnit qasırğası 16 sentyabradək G1 (zəif) səviyyəsi ilə davam etmiş, sonrakı günlər isə sakit və qeyri-sabit səviyyələr arasında dəyişib.

Kosmik hava proqnozu – Proqnoz günlərində (22-28 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də Tac Dəliyi Axınlarının təsiri ilə yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.    

Günəş küləyi sürətinin mənfi qütblü Tac Dəliklərinin Axınlarının geoeffektiv olması nəticəsində gün ərzində artacağı, sonra isə normala dönəcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60%, orta coğrafi enliklərdə isə 40-5%-dir.

Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə bu gün G1 (zəif geomaqnit qasırğası) səviyyəsinə yüksəlməsi ehtimalı var. Sonrakı günlərdə isə əsasən sakit səviyyələrin müşahidə olunacağı gözlənilir.

Aqil Qarayev


Chosen
46
news24.az

1Sources