EN

Tramp və Mask aylar sonra birlikdə

Aralarındakı qızğın mübahisə və gərginlikdən aylar sonra ABŞ prezidenti Donald Tramp və amerikalı milyarder iş adamı İlon Mask sui-qəsd nəticəsində öldürülən respublikaçı fəal Çarli Kirkin anım mərasimində yan-yana oturaraq söhbət ediblər.

ABŞ prezidenti Donald Tramp və milyarder iş adamı İlon Mask Arizona ştatının Qlendeyl şəhərində respublikaçı fəal Çarli Kirkin anım mərasimində yan-yana oturublar.

ABŞ mətbuatının yazdığına görə, Tramp və Mask Arizona ştatının Qlendeyl şəhərində keçirilən anım mərasimində görüşüblər.

Görüntülərdə Maskın Trampın yanında oturduğu, sonra ikisinin əl sıxaraq bir müddət söhbət etdiyi görünür.

ABŞ-da yerləşən X şirkətinə məxsus Ağ Evin sosial media platformasındakı paylaşımda Tramp və Maskın mərasimdə yan-yana oturduğu və “Çarli üçün” başlığı ilə çəkilmiş fotoşəkili yer alıb.

Mask eyni platformada Trampla söhbət edərkən çəkilmiş şəklini də “Çarli üçün” başlığı ilə paylaşıb.

Chosen
18
kommersant.az

1Sources