EN

Fransa XİN: AB-nin Rusiya əleyhinə yeni sanksiyaları ABŞ-la razılaşdırılıb

Fransa XİN: AB-nin Rusiya əleyhinə yeni sanksiyaları ABŞ-la razılaşdırılıb

Avropa İttifaqının Rusiya əleyhinə 19-cu sanksiya paketi ABŞ-la razılaşdırılıb və yaxın zamanda qəbul ediləcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa XİN-in rəhbəri Jan-Noel Barro TF1 kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni genişmiqyaslı sanksiya paketi Donald Trampın hakimiyyətə qayıtmasından bəri ilk dəfə ABŞ-la razılaşdırılıb.

19 sentyabrda Avropa Komissiyası rəhbəri Ursula fon der Leyen Rusiya əleyhinə 19-cu paketlə bağlı təkliflərini təqdim edib. Təkliflər arasında 2027-ci ilin yanvarından etibarən Rusiya maye qazının idxalına qadağa, həmçinin kriptovalyuta və banklarla bağlı tədbirlər var. AB-nin iqtisadi və sosial məsələlər üzrə komissarı Valdis Dombrovskis bildirib ki, paketə ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi Rusiya neftinin alınmasına məhdudiyyət daxil edilməyəcək.

Chosen
2
afn.az

1Sources