EN

Haaland Premyer Liqada Sulşerin rekordunu yenilədi

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada yeni uğura imza atıb.

İdman.biz xəbər verir ki, o, ötən gün “Arsenal”la oyunda 91-ci qolunu vuraraq Ole Qunnar Sulşerin rekord göstəricisini təkrarlayıb.

24 yaşlı norveçli futbolçu yalnız 1 qol vurmaqla Premyer Liqadakı norveçli oyunçular arasında yeni rekorda imza ata bilər.

Qeyd edək ki, həmin matç isə 1:1 hesabı ilə başa çatıb.

Chosen
16
2
idman.biz

4Sources