EN

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib - Səfir Muctaba Dəmirçilu

Bakı. Trend:

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqlayihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başaçatdırılacağı gözlənilir.

Bunu Trend-ə özəlmüsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçiludeyib.

Dəmirçilu əlavə edib ki, layihələrdən Xəzər dənizində neftrezervuarında əməkdaşlıq anlaşmasının icrası,İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsininsinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrananəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu,Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeydetmək olar.

“Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafındaböyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşımünasibətləri var”, - deyə o qeyd edib.

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorundaçox yaxşı səviyyədə investisiya yatırıb. Eyni zamanda Türkmənistanqazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu ikiölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir.

“İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsiüçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həminhidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək”, - deyə o qeydedib.

Məqalədə:
Chosen
28
3
az.trend.az

4Sources