EN

Nazir rektorlarla görüş keçirdi

Ajans.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, həmçinin ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək yeni tədris ilinə dair prioritet istiqamətlər, qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib. Nazir ali təhsilin məzmununda həyata keçirilən yeniliklərin əhəmiyyətini vurğulayıb, dövlət tərəfindən maliyyələşdirmə mexanizmlərinə dair yeni yanaşmaların tətbiqi, elm və təhsilin inteqrasiyası, ali məktəblərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi kimi məsələlərin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.  Görüş zamanı 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri təqdim olunub, yeni məzmunlu təhsil proqramlarının tətbiq sahəsinin genişləndirilməsi və maliyyələşdirilməsi, elmin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsi, ali təhsildə idarəetmənin keyfiyyətinin və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə digər cari məsələlər müzakirə olunub, ali təhsil müəssisələrinin inkişafı və qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyət planları ilə bağlı təkliflər səsləndirilib

Chosen
10
1
Ajans.az

2Sources