EN

Filippində ara qarışdı: Saxlanılanlar var - FOTO

Filippində millət vəkilləri, dövlət məmurları və iş adamlarının ölkədəki selə nəzarət layihələrindən böyük miqdarda rüşvət aldıqları iddialarına qarşı keçirilən etiraz aksiyalarında 216 nəfər saxlanılıb.

"Cebheinfo.az" “Manila Times” qəzetinə istinadən xəbər verir ki, Filippin Daxili İşlər və Yerli İdarəetmə Nazirliyi paytaxt Manila və ölkənin digər bölgələrində keçirilən etirazlarla bağlı açıqlama yayıb.

Bildirilir ki, etirazçılardan, aralarında uşaqların da olduğu 216 nəfər “avtomobil yandırmaq, daş və “molotov kokteyli” atmaq, yaxınlıqdakı moteli talamaq” ittihamları ilə saxlanılıb.

Daxili İşlər Naziri Convik Remulla verdiyi müsahibədə ölkəsindəki etirazları Nepal və İndoneziyadakı nümayişlərlə müqayisə edərək, etirazçıların “qəsdən adam öldürmək” ittihamı ilə üzləşə biləcəyini bildirib.

Son 3 ildə Filippində selə nəzarət layihələrinə təxminən 9,6 milyard dollar vəsait ayrılıb.Hökumət selə məruz qalan bəzi bölgələrdə aparılan son yoxlamalarda layihələrin standartlara uyğunluğunu və ya ümumiyyətlə həyata keçirilib-keçirilmədiyini araşdırır.

Bu prosesdə bir çox millət vəkili, senator, tikinti şirkəti və dövlət mühəndisləri dəbdəbəli həyat tərzlərini böyük rüşvətlə təmin etməkdə ittiham olunurlar.

Chosen
12
1
cebheinfo.az

2Sources