EN

Bakı Türk Anadolu Liseyinin Əhmədli filialı AÇILDI

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Bu gün Bakı Türk Anadolu Liseyi Əhmədli filialının açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Təhsil Naziri Yusuf Tekin, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün mərasimdə çıxış ediblər.

Emin Əmrullayev çıxışı zamanı bildirib ki, bu məktəbin açılışında olmaqdan böyük qürur duyur:

"Azərbaycan-Türkiyə qardaşlığı 1 günün, 5 günün, 10 günün münasibətləri deyil. Bu illərin, əsrlərin və eyni kökdən, eyni soydan gələn insanların birgə tarixidir. Və təbii ki, istənilən tarixi öyrənmək, yaxşı öyrənmək lazımdır. İlk növbədə, həmişə demişəm ki, biz keçmişi gələcəyə görə öyrənirik. Yəni gələcəkdə də növbəti nəsillərimizə və məhz bu əsrlər boyu gələn dostluğu və qardaşlığı qoruyub saxlaya bilər, hətta bəlkə də daha möhkəmləndirə bilər. Azərbaycan və Türkiyə arasındakı təhsil münasibətləri yəqin ki, ən nümunəvi münasibətlərdəndir. Hələ 90-cı illərdə, ölkəmiz yeni müstəqilliyi əldə etdikdən sonra, istər ali təhsil, istər orta təhsil, istər tibb təhsili, müxtəlif sahələrdə azərbaycanlı gənclərin Türkiyədə təhsil baxımından Türkiyə Cümhuriyyətindən əldə etdikləri biliklər və bacarıqlar bu gün də inkişafımız üçün çox vacib rol oynayır. Hal-hazırda bütün illərdə əməkdaşlığımız davam edir.

Bu məktəb öz-özlüyündə, inanıram ki, Bakının sıx yaşayan bir ərazisində fəaliyyət göstərməsi Azərbaycan təhsili üçün əlavə dəyər yaradır. Eyni zamanda mən də öz növbəmdə həm Tofiq müəllimə, həm də Rüstəm bəyə dərin təşəkkürümü bildirirəm ki, İstanbulda, o İstanbul kimi sıx və böyük bir şəhərdə məktəb binasını Azərbaycan Təhsil Nazirliyinə təqdim etdilər. Çox qısa zaman ərzində. Bu, bizim üçün bir ilk olacaq. Çünki təcrübəmizdə ilk dəfə ölkədən kənarda bir məktəbin, yəni Azərbaycan məktəbinin fəaliyyətini quracağıq və sevinirik ki, bu ilk məhz Türkiyədədir. Eyni zamanda inanıram ki, bu, İstanbulda yaşayan Azərbaycan vətəndaşları üçün çox yaxşı bir imkan yaradacaq. Bəzi insanlar bəlli bir dövrdə əmək fəaliyyəti və ya digər səbəblərdən qardaş Türkiyədə yaşayır və bu, Azərbaycan və Türkiyə təhsil sistemləri arasında dostluğu daha da möhkəmləndirəcək".

Nazir ötən il açılışı olan Türkiyə Azərbaycan Universitetindən də bəhs etdi:

"Bu, həm Azərbaycan Respublikası Prezidentinin, həm də Türkiyə Cümhuriyyətinin Cumhurbaşkanının Azərbaycan gənclərinə böyük hədiyyələrindən biridir. Türkiyənin üç aparıcı universitetinin Azərbaycanda fəaliyyətə başlaması və diplomlarının verilməsi Azərbaycan gəncləri üçün evlərindən uzaqlaşmadan bu imkanı əldə etməsi olduqca böyük bir fürsətdir və ilkdir. Qarşıda binalar, layihələr, sənədlər öz yerindədir; işin əsası isə insanlar arasında olan münasibətlərdir. İnsanların arasında olan münasibətləri təhsillə möhkəmləndirmək ən vacibdir. Mən də o fikirlərə qatılıram ki, bu məktəb öz-özlüyündə bilik və bacarıq verməkdə problem olmayacaq. Məktəbin yaşlı müəllimlərini də bu açılış münasibəti ilə təbrik edirəm. Məktəbin ən vacib missiyası isə dəyərlər vermək və insan yetişdirməkdir. Hər bir məzunun yaxşı insan olması müəllimlərin qarşısında duran əsas məqsəddir. Ona görə hər birinizi bir daha təbrik edirəm. Düşünürəm ki, bu cür məktəblər aramızdakı dostluğu və qardaşlığı daha da möhkəmləndirəcək. Xeyirli olsun. Təşəkkür edirəm".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
redaktor.az

2Sources