EN

Azərbaycan nümayəndə heyəti İrəvandadır

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrəvanda bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə NATO Parlament Assambleyasının iki günlük 108-ci Rouz-Rot seminarı işə başlayıb.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, tədbirdə Azərbaycan və Türkiyədən olan nümayəndə heyətləri də iştirak edir.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan da Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakını təsdiqləyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Məmmədov seminarda sual-cavabda iştirak edəcək.

Xatırladaq ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
6
www.bakupost.az

10Sources