EN

Azərbaycan və BƏƏ Böyükşor gölü ətrafında yeni şəhər layihəsi üzrə müqavilə imzalayıb

"Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydinin iştirakı ilə "Modon Holding"in sədri Cassem Al Zaabi ilə "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzaladıq".

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Bir neçə milyard dollarlıq investisiya yatırımını nəzərdə tutan sazişə əsasən Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq", - nazir qeyd edib.

Chosen
19
operativmedia.az

1Sources