EN

Reabilitasiya mərkəzindən Ceyhun Əsgərov və Nəsimi Nəbizadə ilə bağlı açıqlama: “İşlə təmin edirik, ailəsi ilə barışdırırıq...”

“Hazırda tanınmış jurnalistlər Ceyhun Əsgərovla da, Nəsimi Nəbizadə ilə də bağlı müalicə prosesi normal qaydada davam edir. Bu, elə bir xəstəlikdir ki, fikir gəlir-gedir. Üzərilərində yüksək səviyyədə işləyirik. Diqqət və qayğımız altındadırlar. Allahın izni ilə hər ikisi sağalacaq. Öldü var, döndü yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.

 

“Planlarımızdan biri Ceyhun Əsgərovu "Qurtuluş" Reabilitasiya Mərkəzində işlə təmin edib, bu sahədə ölkəmizə, xalqımıza fayda verməkdir. Ceyhun Əsgərov savadlı kadrdır. Prosesi keçəndən sonra hər ikisi bu sahədə mütəxəssis kimi yetişəcək. Bilirsiniz ki, Ceyhun Əsgərovun ailəsi dağılıb. Onu ailəsi ilə barışdıracağıq. Artıq həyat yoldaşı ilə danışmışam. Allahın izni ilə, hər şey yaxşı olacaq. Ceyhun Əsgərov və Nəsimi Nəbizadənin bəzi həmkarları Mərkəzimizə gəlmişdilər, lakin görüşmələrinə icazə vermədik, çünki “xal” qazanmaq istəyirlər...” - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2025, 12:39   
Chosen
1
1
pravda.az

2Sources