EN

Zaqatalada minik maşını yük avtomobili ilə toqquşdu - Xəsarət alan var

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Ziyadlının idarə etdiyi "Chevrolet" və Ramil Cumayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü N.Ziyadlı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

(Oxu.az)

Chosen
1
5
moderator.az

6Sources