EN

Zaqatalada minik maşını yük avtomobili ilə toqquşdu - Xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Ziyadlının idarə etdiyi "Chevrolet" və Ramil Cumayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü N.Ziyadlı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Chosen
12
5
oxu.az

6Sources