"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 5 oyunun hamısında məğlub olub.
Bizim.Media