EN

Türkiyənin 18 vilayətində kibercinayətlərdə şübhəli bilinən 170 nəfər saxlanılıb

Ankara, 22 sentyabr, AZƏRTAC

Son beş gün ərzində Türkiyənin 18 vilayətində kibercinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 170 şəxs saxlanılıb, onlardan 55-i məhkəmənin qərarı ilə həbs edilib.

AZƏRTAC bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya istinadla xəbər verir.

Daxili işlər naziri qeyd edib ki, 5 şirkət, 7 daşınmaz əmlak obyekti və 10 nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub.

İttihamlara maliyyə fırıldaqçılığı, qanunsuz mərc və qumar oyunlarının təşkili, çirkli pulların yuyulması və digər fəaliyyətlər daxildir.

A.Yerlikaya ictimaiyyəti hər hansı şübhəli halla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Chosen
2
2
azertag.az

3Sources