EN

Uşaqlarımdan doya bilmədim Əməkdar artist

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

"Uşaqlarımdan doya bilmədim. Kaş onlarla daha çox zaman keçirərdim".

AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Mətanət İsgəndərli deyib.

"İncə səhər"in mövsüm açılışında qonaq olan sənətçi övladlarından danışan zaman göz yaşlarını saxlaya bilməyib:

"Mən fədakar anayam, onlar üçün canımı da qurban edərəm. Onlara bir şey olsa, ürəyimi çıxardıb verərəm. Məni yaşadan onlardır. Onlar üçün yaşayıram. Hərdən düşünürəm ki, mənə bir şey olsa onlar mənsiz nə edəcəklər? O dünyada da onlar üçün narahat olacağam. Mən onlardan heç doymamışam. Onların uşaqlığı üçün çox darıxıram. İstərdim ki, onlar yenə uşaq olsun, onlara zaman ayırım, uşaqlığını doya-doya yaşasınlar. İndi böyüyüblər, amma mən onları axdarıram hələ də. Onlara zamanında verə bilmədiyim sevgini, zamanı indi nəvələrimə verirəm".

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
azxeber.com

2Sources