EN

Ermənistan ordusu ABŞ və Fransadan məsləhət alır

Ermənistan Müdafiə Nazirliyi ABŞ və Fransadan ixtisaslaşmış məsləhətlər alır.

Publika.az xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan NATO Parlament Assambleyasının Rose-Roth seminarı zamanı deyib.

"Bu gün Müdafiə Nazirliyi ABŞ və Fransadan davamlı ixtisaslaşmış peşəkar konsaltinq yardımı alır. Yunanıstan bizə bir sıra sahələrdə hərtərəfli yardım göstərir", - Papikyan bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə səylər yeni model və yeni meyarlar üzrə strateji sənədlərin işlənib hazırlanmasına, təhsil və təlim imkanlarının inkişafına yönəlib.

Nazir qeyd edib ki, Ermənistan da ordusunu müasir silah və texnika ilə təchiz etmək üçün çalışır. Bu, hökumətin silah bazarlarının şaxələndirilməsi siyasəti sayəsində mümkün olub.

Chosen
1
publika.az

1Sources