EN

Dünya dövlətləri Bakını etibarlı tərəfdaş hesab edirlər- ÖZƏL

"Hazırda dünyada geosiyasi və geoiqtisadi ziddiyyətlər pik həddinə çatıb. Təkcə inkişaf etməkdə olan ölkələr deyil, eləcə də kifayət qədər oturuşmuş super dövlətlər də təhlükə ilə üz-üzə qalıblar. Yaranmış gərginlik dünya dövlətlərinin təhlükəsizlik məsələsini aktual edir. Belə bir ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılması kimi vacib məslənin Azərbaycanda müzakirə edilməsi xüsusi əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Məlum olduğu kimi beynəlxalq aləmdə silahlı münaqişələr, terror hücumları, separatçı meyillər artaraq humanitar böhran səviyyəsinə yüksəlib. Belə bir şəraitdə təhlükəsizlik orqanlarının qlobal təhlükəsizlik məslələrini müzakirə etmək üçün Azərbaycanı seçmələri təsadüfi deyil. Bakı Təhlükəsizlik Forumunun sayca üçüncü iclasının paytaxtımızda baş tutması ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Rəsmi Bakını etibarlı tərəfdaş hesab edən dünya dövlətləri qlobal və regional təhlükəsizliyin ən aktual məsələlərini müzakirə etmək üçün məhz Azərbaycanı seçməsi ölkəmizin bu sahəyə verdiyi töhvəsinin nəticəsi kimi qəbul edilməlidir. Birmənalı şəkildə qeyd etmək olar ki, Bakı beynəlxalq təhlükəsizliyin neytrallaşdırılması üçün əhəmiyyətli tövsiyələr verən məkana çevrilib. Dünyanın ən müxtəlif qütblərində olan təhlükəsizlik xidməti ekspertlərinin Bakıda toplaşaraq Forumda iştirak etmələri qarşılıqlı etimad və əməkdaşlığın bariz nümunəsidir. Şübhəsiz ki, qarşılıqlı etimad mühiti, eləcə də Formda müzakirə olunan məslələrin aktuallığı, veriləcək təklif və tövsiyyələr beynəlxalq təhlükəsizlik sisteminin təmin olunmasında əhəmiyyətli rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources