EN

Azərbaycana 750 milyon dollarlıq investisiya yatırılması reallaşacaq - "ACWA Power"

Bakı. Trend:

Bu gün biz Azərbaycanda çox böyük duzsuzlaşdırma zavodu üzrəsaziş imzaladıq. Bu, regionda ilkdir. "ACWA Power" dünyada ən böyükduzsuzlaşdırma şirkətidir, buna görə də bu, növbəti 25 il üçündövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində həyata keçiriləcək.

Bunu Trend-əaçıqlamasında "ACWA Power" şirkətinin Baş direktoru Marko ArçelliBakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuçərçivəsində bildirib.

Onun sözlərinə görə, burada söhbət yalnız zavodun tikilməsindəngetmir, həm də texnologiyanın, ideyaların gətirilməsindən vəgələcəkdə fasiləsiz əməliyyat və texnoloji təkmilləşdirmələrdəngedir: "Artıq biz bərpa olunan enerjiyə də sərmayə qoyuruq. İlinsonuna qədər istifadəyə veriləcək 240 meqavatlıq "Xızı–Abşeron"Külək Elektrik Stansiyasını tikirik. Ümumilikdə, ölkəyə 750 milyondollarlıq investisiya yatırılması reallaşacaq ki, bu daiqtisadiyyatı daha rəqabətqabiliyyətli, daha dayanıqlı etməyə vəonu neft-qaz asılılığından şaxələndirməyə, turizmdən sənayeyə vədigər xidmət sahələrinə qədər dünyanın müxtəlif yerlərindən yenisahələri cəlb etməyə kömək edəcək".

O xatırladıb ki, "ACWA Power" Azərbayacan Energetika Nazirliyiilə birlikdə Xəzər dənizinin şelfində, həmçinin SOCAR və Masdar iləəməkdaşlıq edir: "Yəni bu, böyük bir konsorsiumdur, güclüşirkətlərin koalisiyasıdır. Bundan əlavə, Naxçıvanda da bərpaolunan enerji layihələri inkişaf etdiririk ki, onlar yalnızAzərbaycanın daxili tələbatı üçün deyil, eyni zamanda böyükehtiyacı olan Avropaya ixrac üçün də istifadə oluna bilsin. Bizhesab edirik ki, bu, rəqabətqabiliyyətli olacaq və bunun baştutması üçün çox çalışırıq".

"Hazırda bu barədə yekun qərar yoxdur, amma Azərbaycanınenergetika naziri ilə müzakirə edəcəyik", - deyə ACWA Power"rəhbəri vurğulayıb.

Chosen
1
az.trend.az

1Sources