BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyədə son beş gündə həyata keçirilən genişmiqyaslı əməliyyatlarda kiber cinayətkarlığa ağır zərbə vurulub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.
Rəsmi açıqlamada bildirilib ki, 18 şəhərdə həyata keçirilən əməliyyatlarda 170 şübhəli saxlanılıb, onlardan 55 nəfər barəsində həbs qərarı çıxarılıb.
İstintaq çərçivəsində 5 şirkət, 7 mənzil, 10 avtomobil daxil olmaqla, ümumilikdə 341 milyon lirə dəyərində əmlaka əl qoyulub.
“Kiber cinayətlərə qarşı ən güclü qalxan fərqindəlikdir. Şübhəli halları 112 Təcili Çağrı Mərkəzinə bildirin, biz lazımi tədbirləri görək”- deyə nazirin paylaşımında qeyd olunub.