EN

Ərdoğanın ABŞ-də gündəmə gətirəcəyi məsələlər açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək yubiley – 80-ci sessiyasında Qəzza üçün “manifest” sayılacaq çıxış edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Telekanal bildirib ki, Türkiyə lideri çıxışından sonra ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Qəzza ilə bağlı regional toplantıya qatılacaq:

“BMT-nin builki Baş Assambleyasında Böyük Britaniya, Fransa, Kanada, Malta, Yeni Zelandiya, Portuqaliya və Avstriya Fələstini tanımaq niyyətində olduqlarını bəyan ediblər. Prezident Ərdoğanın Nyu-Yorkda bu ölkələrin bəzilərinin dövlət və hökumət başçıları ilə görüşü gözlənilir.

Ərdoğanın Fransa və Səudiyyə Ərəbistanının təşkil edəcəyi Fələstin Probleminə Həll Tapılması və İki Dövlətli Həllin Tətbiqinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfransda da iştirakı gözlənilir”.

Rəcəb Tayyib Ərdoğanın özü də Donald Trampla sentyabrın 25-nə planlaşdırılan görüşündə Yaxın Şərqin çox vacib mövzu olacağını bəyan edib:

“Regional məsələlər, xüsusilə Suriya müzakirə olunacaq. Yaxın Şərqdə atılan hər bir addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə, bunu cənab Trampla müzakirə etməliyik. Bu, çox, çox vacibdir”.

Qeyd olunub ki, bölgədə sülh və əmin-amanlıq üçün səy göstərən Türkiyə İsrail ekspansionizmindən təsirlənən ölkələrdən biri olan Suriyanı da tam dəstəkləyir. Prezident Ərdoğanın Suriya Prezidenti Əhməd Şaraa ilə Türk Evində görüşü bu kontekstdə böyük əhəmiyyət kəsb edir.

Ərdoğanın BMT kürsüsündən Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı illik çağırışını da təkrarlaması gözlənilir”.
Chosen
2
1
sherg.az

2Sources