EN

“Bakıdakı Təhlükəsizlik Forumu Azərbaycanın strateji mövqeyini daha da gücləndirib” -Politoloq

“Bakı son illər qlobal və regional məsələlərin müzakirə edildiyi mühüm siyasi mərkəzə çevrilib. Azərbaycanın paytaxtında hər il bir neçə beynəlxalq forum, konfrans və seminar keçirilir ki, bu da ölkənin yalnız regional deyil, qlobal səviyyədə də əhəmiyyətli mövqeyə sahib olmasını nümayiş etdirir. Bakıda təşkil olunan bu cür tədbirlər, həmçinin Azərbaycanın qlobal çağırışlara vaxtında reaksiya verərək aktual məsələlərin həllinə verdiyi töhfəni göstərir. ” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Arzuman Muradlı qeyd edib ki, Bakı yalnız regional təhlükəsizlik məsələləri deyil, həm də qlobal təhlükəsizlik problemlərinin müzakirə edildiyi bir platformaya çevrilib.

“Bu növ tədbirlər Azərbaycanın dünya siyasətindəki rolunu daha da gücləndirir və beynəlxalq aləmdə ölkənin mövqeyini möhkəmləndirir. Bakıdakı Təhlükəsizlik Forumu, qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bir platforma kimi xüsusi rol oynayır. Forumun əsas məqsədi, təhlükəsizlik orqanları arasında əməkdaşlığın gücləndirilməsi və müxtəlif ölkələrin təhlükəsizlik sahəsindəki təcrübələrinin mübadiləsidir. Forumunda iştirak edən 50-yə yaxın ölkənin xüsusi xidmət orqanları, qlobal təhlükəsizlik problemləri, o cümlədən terrorizm, sərhədlərarası cinayətlər və enerji və nəqliyyat koridorlarının təhlükəsizliyi məsələlərini geniş şəkildə müzakirə etdilər. Məsələn, Forumun ikinci sessiyası “Qlobal Nəqliyyat Şəbəkələrinin Təhlükəsizliyinə Yönələn Müasir Çağırışlar” mövzusuna həsr olunmuşdu. Bu mövzu, dünya miqyasında nəqliyyat təhlükəsizliyinin önəmli problemlərindən birini təşkil edir və təbii ki, beynəlxalq təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır.”- deyə Arzuman Muradlı əlavə edib.

Arzuman Muradlı qeyd edib ki,  Bakıdakı Təhlükəsizlik Forumu Azərbaycanın strateji mövqeyini daha da gücləndirib. “Belə tədbirlərin ölkənin beynəlxalq arenada siyasi nüfuzunun artmasına və beynəlxalq platformalarda rolunun möhkəmlənməsinə mühüm töhfə verib.  Azərbaycan, bu cür tədbirlərlə, özünü yalnız regionda deyil, həm də qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mərkəz kimi tanıdır. Bakıda keçirilən bu forumlar, Azərbaycanın dünya siyasi arenasında daha aktiv rol oynamağa başladığını göstərir. Ən əsası, bu tədbirlər ölkənin dialoq və əməkdaşlıq üçün əlverişli bir mərkəz kimi qəbul edilməsinə və qlobal təhlükəsizlik məsələlərində daha fəal iştirak etməsinə imkan yaradır.”- deyə Arzuman Muradlı bildirib.

Chosen
17
moderator.az

1Sources