EN

''Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır''- Laosun Baş prokuroru

Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Bu elə bir platformadır ki, burada öz təcrübəmizi bölüşə bilərik.

Redaktor.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.

O öz ölkəsində Ali Xalq Prokurorluğunun fəaliyyətindən bəhs edib. Bildirib ki, Laosda Konstitusiya 1992- ci ildə qəbul olunub və mühüm milli sənədləri özündə əks etdirir: "Laosun Ali Xalq Prokurorluğu Konstitusiyada qanunların düzgün icrasına nəzarət edən, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi səlahiyyətinə malik olan orqan kimi təsbit edilib. Ali Xalq Prokurorluğu Konstitusiya ilə verilən səlahiyyətləri lazımı şəkildə həyata keçirir. Biz bu səlahiyyətləri layiqli formada xalq qarşısında icra edirik. Vətəndaşların hüquqlarının təşviqinə, xüsusilə, ədliyyə sektorunda böyük önəm verilir. Bu hüquqlar bir sıra qanunlarda aydın şəkildə təsbit edilib. Laos Ali Xalq Prokurorluğu vətəndaşların hüquqlarını təmin edən, xarici müdaxilə olmadan ittiham orqanı kimi öz rolunu icra etməkdədir. Öz vəzifələrini icra edərkən bütün səviyyələrdə xalq prokurorları qanuna əməl etməlidir. Onlar bunu gündəlik fəaliyyətində vacib amil hesab edirlər. Təqsirləndirilən şəxslərin hüquqlarına Xalq Prokurorluğu nəzarət edir. Biz öz ölkəmizdə bununla bağlı müvafiq mexanizmləri yaratmışıq. İctimaiyyət fikirlərini “Qaynar xətt” vasitəsilə bildirə bilər. Prokurorluğun müstəqilliyini qorumaq məqsədilə güclü daxili nəzarət mexanizmi də mövcuddur. Laos Ali Xalq Prokurorluğu hüququn aliliyini möhkəmləndirmək məsuliyyətini öz üzərində daşıyır".

Chosen
2
5
redaktor.az

6Sources