EN

AXC-nin elan edildiyi bina bərpadan sonra açıldı

TBİLİSİ, 22 sentyabr. TELEQRAF

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binasının təmir-bərpadan sonra açılışı olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər.

İ.Kobaxidze çıxışında bildirib ki, saray Gürcüstan demokratik tarixini özündə qoruyub saxlayır.

“Məhz burada birinci respublikanın hökuməti yerləşib, Gürcüstanın müstəqilliyi elan edilib və Gürcüstan parlamentarizminin əsasları qoyulub. Bu bina yalnız memarlıq və mədəni irs abidəsi deyil, Gürcüstan tarixinin ayrılmaz hissəsidir”, - o deyib.

Baş nazir qeyd edib ki, tarixi abidələrin bərpası Tbilisi meriyasının proqramının əsas hissələrindən biridir və Milli Gənclər Sarayının restavrasiyası bu mühüm proqramın davamıdır.

Qeyd edək ki, mədəni irs abidəsi olan Milli Gənclər Sarayının binasında 2020-ci ildən əsaslı təmir-bərpa işləri aparılırdı. 2023-cü ildə tikilinin fasadının restavrasiyası başa çatdırılıb.

Chosen
39
teleqraf.com

1Sources