"Sərhədçi" klubu heyətinə yeni basketbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, onlar ABŞ-dən olan Kameron Uilbonla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 1,96 m boya malik Kameron Uilbonun son klubu "CSU Bakersfild" olub.