EN

Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək

Bakı. Trend:

Bir çox hallarda ictimai nəqliyyat saat 24:00-a kimiişləyəcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəmsərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanınahəsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkənbildirib.

O bildirib ki, hazırda yetərli sayda avtobusun daşımalara cəlbedilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələninsistemli həllinə imkan vermir:

"Bu da marşrutda işləyən avtobuslar arasında intervalınartmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobuslarınişləməməsi ilə nəticələnir. Xüsusən, axşam saatlarda bəzimarşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelliolmadığına görə xəttdən çıxarılır və və depoya yönləndirilir.

Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımalarıüzrə qrafiklər daha çevik qurulacaq. Bir çox hallarda marşrutlargecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda,sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gecsaatlara qədər də xidmətin göstərilməsi imkanlarıqiymətləndiriləcək”.

Məqalədə:
Chosen
6
24
az.trend.az

10Sources