EN

Azərbaycan və Tanzaniyanın prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və Tanzaniyanın prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanacaq.

Teleqraf xəbər verir ki, bunu Tanzaniyanın Baş prokuroru Silvester Antoni Mvakitalu"Suverenliyin keşiyində : Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, qanunun aliliyinin qorunmasında prokurorluq orqanlarının səmərəli fəaliyyəti üçün milli və beynəlxalq qurumlar arası əməkdaşlıq zəruridir.

Onun sözlərinə görə, bu memorandum iki prokurorluq orqanı arasında uzunmüddətli və davamlı əməkdaşlıq çərçivəsini formalaşdıracaq mühüm sənəd olacaq.

Chosen
51
teleqraf.com

1Sources