EN

İsrail Qərbin Fələstin dövlətini tanımasını rədd edib

İsrail bir neçə ölkənin Fələstin Dövlətinin birtərəfli tanınması ilə bağlı bəyanatlarını qəti şəkildə rədd edir.

Editor.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail Böyük Britaniya və bir sıra digər ölkələrin Fələstin Dövlətinin tanınması ilə bağlı birtərəfli bəyannamələrini rədd edir. Bu bəyannamələr sülhə töhfə vermir”.

Nazirlik bəyan edib ki, İsrail “reallıqla əlaqəsi kəsilmiş və uydurma mətnləri” qəbul etməyəcək.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources