EN

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu əməkdaşlıq sazişi I Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.

Sazişin imzalanma mərasimində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Muhəmməd Həsən əs-Suveydi də iştirak edib.

Chosen
18
13
azertag.az

10Sources