EN

Gürcüstanda cinayətkar dəstə ifşa edildi - Azərbaycan vətəndaşı 2 kiloqram narkotiklə saxlanıldı

TBİLİSİ, 22 sentyabr. TELEQRAF

Gürcüstanın Şida Kartli bölgəsində xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması ittihamı ilə Azərbaycan vətəndaşı daxil olmaqla üç nəfər saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Qori rayon polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvəllər məhkum edilmiş 1985-ci il təvəllüdlü İ.S. adlı şəxsi saxlayıblar. Onun üzərinə keçirilmiş baxış zamanı 0,5 kiloqram çəkidə “Alfa-PVP” narkotik vasitə müsadirə olunub.

Aparılmış istintaq zamanı məlum olub ki, cinayətkar sxemdə iştirak etmiş təqsirli və digər şəxslər narkotik vasitəni satış məqsədilə Gürcüstana yük avtomobilində göndərməyə hazırlaşıblar. Saxlanılan şəxslə müəyyən vaxt ərzində əlaqə saxlamaq mümkün olmadığından o, istintaqa məlum olmayan şəxslər tərəfindən əvəzlənib və ölkəyə gətirilmiş narkotik vasitənin ona verilməsi nəzərdə tutulub.

Operativ əməliyyat-istintaq tədbirləri nəticəsində qısa vaxt ərzində cinayətkar sxemdə iştirak edən şəxslər müəyyənləşdirilib və 1984-cü il təvəllüdlü A.T. adlı Rusiya vətəndaşı və 2003-cü il təvəllüdlü K.M. adlı şəxs saxlanılıb.

Müəyyən edilib ki, Rusiya vətəndaşı yük avtomobilində Gürcüstana 2 kiloqrama yaxın metadon narkotik vasitəsi gətirib və onu Azərbaycan vətəndaşına təhvil verib. Azərbaycan vətəndaşının avtomobilinə baxış zamanı yük yerində metal konteynerdə saxlanılan iki bağlamada qablaşdırılmış narkotik vasitə aşkarlanıb və maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməli 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Chosen
50
teleqraf.com

1Sources