EN

Həmkəndlisini döyə-döyə öldürüb

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

XəzərNews.az bildirir ki, bu barədə oxu.az-a Tovuz rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Xəbər 1 dəfə oxunub.
Chosen
4
9
xezernews.az

10Sources