EN

İsrail də UEFA yarışlarından kənarlaşdırıla bilər

style='margin-bottom:10px;'>

UEFA İsrailiin komandalarını bütün turnirlərdən uzaqlaşdırmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bu qərarın sentyabrın 23-də qəbul edilə biləcəyi bildirilir.

“Israel Hayom”un məlumatına görə, hazırda İsrail tərəfi bu məsələnin ümumi səsverməyə çıxarılmasının qarşısını almağa çalışır. İsraildə hesab olunur ki, Avropa ölkələrinin çoxu bu gün İsrailin uzaqlaşdırılmasını dəstəkləməyə hazırdır.

Mənbə iddia edir ki, Qətər maraqlı tərəflərə ciddi təzyiq göstərir və İsrailin turnirlərdən kənarlaşdırılması məsələsinin UEFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılması üçün son bir həftə ərzində fəal lobbiçilik aparıb.

Əgər qərar təsdiqlənsə, İsrail yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsindən kənarlaşdırılacaq, Təl-Əvivin “Makkabi” klubu isə Avropa Liqasında iştirak edə bilməyəcək.

Bu sanksiyalar Rusiyanın uzaqlaşdırılmasına bənzər formada tətbiq oluna bilər. Xatırladaq ki, bütün Rusiya yığmaları və klubları 28 fevral 2022-ci ildən UEFA turnirlərindən qeyri-müəyyən müddətə kənarlaşdırılıb.

Chosen
1
2
teleqraf.com

3Sources