EN

ASCO-nun sifarişi əsasında 8000 ton dedveytli tankerlərin inşası davam edir

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun yerləşdirdiyisifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) üç yenitankerin inşası qrafikə uyğun davam edir.

Trend xəbər verir ki, bu barədə ASCO məlumatyayıb.

Bildirilib ki, hazırda həmin tankerlərdən birinin sifarişi üzrəişlərin 27%-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin təxminən22%-i geridə qalıb.

8000 ton dedveytə malik olacaq yeni tankerlər müasir beynəlxalqtələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekolojistandartlara cavab verən innovativ layihə əsasında inşa edilir.

Gəmilərin xüsusi konstruksiyası onların dayaz sulu limanlara tamyüklə yanaşmasına imkan verəcək. Bu da tankerlərin istismarçevikliyini artıracaq və kommersiya baxımından əhəmiyyətliüstünlüklər təmin edəcək.

Qeyd edək ki, indiyədək ASCO-nun sifarişi əsasında BGZ-də dördədəd milli tanker inşa edilərək təhvil verilib. Onlardan “Laçın” və“Kəlbəcər” neft və neft məhsulları, “Akademik Xoşbəxt Yusifzadə” və“Zəngilan” isə həm neft, həm də kimyəvi məhsulların daşınmasındaistismar edilir. Hazırda inşası davam edən üç ədəd tanker də“Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” tankerləri ilə eynilayihədəndir.

Chosen
5
3
az.trend.az

4Sources