EN

"Hörümçək adam"ın çəkiliş meydançasında dəhşətli qəza

Rejissor Destin Daniel Krettonun çəkdiyi "Hörümçək adam: Yeni gün" filminin Londonda çəkilişləri davam edir. Kris MakKenna və Erik Sommersin ssenarisi əsasında ekranlaşdırılmış filmin çəkiliş meydançasında xoşagəlməz hadisə baş verib.

Kulis.az xəbər verir ki, baş rolun ifaçısı 29 yaşlı aktyor Tom Holland çəkilişlər zamanı qəfil yıxılaraq başından xəsarət alıb.

Holland yüngül beyin sarsıntısı keçirib və dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin nəzarətindən sonra vəziyyətinin yaxşı olduğu açıqlanan aktyora bir neçə günlük istirahət məsləhət görülüb.

Tom Hollandın atası yazıçı Dominik Holland 21 sentyabr bazar günü iştirak etdiyi xeyriyyə gecəsində oğlunun müvəqqəti olaraq çəkilişlərdən uzaq qalacağını təsdiqləyib.

Təxminən 150 milyon dollarlıq büdcəyə sahib olan “Hörümçək adam: Yeni bir gün” filmində Tom Hollandla yanaşı Zendaya, Ceykob Batalon, Mark Ruffalo, Con Berntal, Sadi Sink və Maykl Mando da rol alır.

"Marvel" pərəstişkarlarının səbirsizliklə gözlədiyi film 31 iyul 2026-cı ildə tamaşaçılara təqdim olunacaq.

Chosen
8
1
kulis.az

2Sources