EN

Baş nazirin müavini: “Azərbaycanın 2030 vizionunda təhsilə və startaplara xüsusi önəm verilir”

Baş
“Azərbaycanın 2030 vizionunda təhsilə və startaplara xüsusi önəm verilir”. 1news.az xəbər verir ki, bunu Bakıda keçirilən I Beynəlxalq İnvestisiya Forumunda çıxış edən Azərbaycan Respublikası Baş nazirin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, forumun proqramında rəqəmsal transformasiya üzrə panel xüsusilə önəmlidir və burada Azərbaycanın bu sahədəki təşəbbüsləri, innovasiya layihələri və texnoloji inkişaf strategiyaları təqdim olunacaq. S. Şərifov qeyd edib ki, Azərbaycanda biznes inkubatorları, startaplara dövlət dəstəyi proqramları və sahibkarlıq ekosistemi ilə bağlı təşəbbüslər uğurla həyata keçirilir.

“ Eyni zamanda, ölkədə təhsilə yönələn investisiyalar da artırılır, gənclərin innovasiya və texnologiya sahələrində bacarıqlarının inkişafı prioritet kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030” vizionunda təhsil hökumətin əsas prioritet istiqamətindən biri kimi göstərilir və bu sahəyə strateji yanaşma ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq”.

Chosen
1
2
1news.az

3Sources