EN

Mil-Muğan üzrə 21 komanda SAF 2025-də iştirak edəcək

Beynəlxalq STEAM Azərbaycan Festivalında Mil-Muğan Regional Təhsil İdarəsi üzrə iştirak edəcək komandaların sayı məlum olub. 

Sabirabad STEAM mərkəzi üzrə koordinator Kənan Səmədovun “Azərbaycan müəllimi”inə verdiyi məlumata görə, region üzrə 21 komanda festivalda iştirak edəcək.

Belə ki, Sabirabad STEAM Mərkəzi fərqli kateqoriyalar üzrə 20, eyni zamanda Beyləqan rayonu Birinci Şahsevən kəndi F. Miriyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi bir komanda ilə festivalda yer alacaq.

Komandalar bu kateqoriyalar üzrə festivala hazırlaşır: “VEX IQ Robotics” - 1 komanda, “VEX Robotics Competition” - 1 komanda, “Mechatronics”- 2 komanda, “Boat Racing” - 1 komanda, “Deep Dive” - 1 komanda, “H2 Pro Grand Prix Pro” - 1 komanda, “FlyTech" - 1 komanda, “RoboSoccer” - 1 komanda, “Fast and Furious” - 2 komanda, “CubeSat” - 2 komanda, “Imagination to reality” CNC - 3 komanda, “NextGen Creators” 3D çap - 3 komanda, “Rolling minds” - 1 komanda, “Robogames” - 1 komanda. 

Koordinator həmçinin əlavə edib ki, Sabirabad STEAM Mərkəzi həftənin 5 günü, saat 14:00-dan 18:00-a qədər, şənbə günü saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstərir.  

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə həyata keçirilir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

 

 

 

 

 

Chosen
2
tehsil.biz

1Sources