EN

FHN: Bakıda yaşayış binasındakı yanğın söndürülüb, 25 nəfər təxliyə olunub-YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.

Xəsarət alan yoxdur.

03:56

Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

02:59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
12
19
yeniazerbaycan.com

10Sources