EN

Arif Əsədov: Məktəb illərindən tanıdığım futbolçuları görmək xoş idi FOTO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan futbolunun tanınmış veteranı, SSRİ yığmasının sabiq üzvü, Avropa və dünya çempionu Arif Əsədov Moskvada keçirilən ənənəvi “Əfsanələr Kuboku”nda iştirak edib.

İdman.biz-in əldə etdiyi məlumata görə, turnirdə Rusiya, Serbiya, Türkiyə, Avropa, Asiya və Dünya yığmaları mübarizə aparıblar.

55 yaşlı Əsədov Asiya yığmasının heyətində meydana çıxıb. Komanda 3-cü yer uğrunda matçda Dünya yığmasına 7:10 hesabı ilə uduzaraq yarışı dördüncü pillədə başa vurub. Turnirin qalibi isə finalda Avropa veteranlarını məğlub edən Rusiya əfsanələri olub.

Əsədov turnir barədə təəssüratlarını bölüşüb:

“Turnir yüksək səviyyədə və dostluq şəraitində keçdi. Mən komandada ən yaşlı oyunçu idim, çünki əsasən 45 yaşadək veteranlar iştirak edirdi. Asiya yığmasında çox az tanışım vardı, amma Rusiya komandasında demək olar ki, hamını tanıyırdım. Çoxu ilə SSRİ yığmasında birgə oynamışıq. Onopko, Xlestov və məktəb illərindən tanıdığım digər futbolçuları yenidən görmək xoş idi”.

Vüqar Vüqarlı

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
icma.az

2Sources