EN

“Neftçi” Fransa yığmasında oynamış yarımmüdafiəçiyə təklif göndərdi - SON DƏQİQƏ

Konqo Demokratik Respublikası millisinin oyunçusu Arnaud Lusamba «Neftçi» ilə danışıqlar aparır.

Bakılılar mərkəz yarımmüdafiəçisinə 1+1 illik müqavilə təklif edib.

Fransanın Mets şəhərində dünyaya göz açmış afrikalının Azərbaycana gəlmək ehtimalı yüksəkdir.

«Nansi»nin yetirməsi son olaraq Birləşmiş Ərəb Əmirliklərində «Baniyas»ın formasını geyinib. O, 2022-2024-cü illər aralığında Türkiyə Super Liqasında «Alanyaspor» və «Pendikspor»un formasını geyinib.

Fransada «Nis» və «Amiens»in, Belçikada «Brugge»nin uğurları üçün tər töküb.

Doğulduğu ölkənin 16, 17, 18 və 19 yaşlılardan ibarət yığmalarına çağırılıb. 2022-ci ildə Konqo Demokratik Respublikasının yığmasından gələn təklifi qəbul edib və ötən müddətdə 2 oyunda meydana çıxıb.

SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources