EN

ANKA-3 regional hərbi balansı dəyişə bilər - ABŞ mətbuatı

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə müdafiə sənayesinin son illərdəki ən iddialı layihələrindən olan hücum tipli pilotsuz uçuş aparatı ANKA-3, ABŞ mərkəzli National Interest jurnalında dərc olunan məqalə ilə dünya gündəminə çıxıb.

TurkicWorld xəbər verir ki, məqalədə vurğulanıb ki, Türkiyə müdafiə sahəsinə yatırımlar sayəsində regionun ən güclü hava qüvvələrindən birinə sahib olacaq.

ANKA-3-ün yalnız texniki imkanları ilə deyil, həm də regional hərbi balansı dəyişdirmə potensialı ilə seçildiyi qeyd edilib.

National Interest, Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış ANKA-3-ü “Türkiyənin inkişaf edən müdafiə sənayesinin göstəricisi” adlandırıb. Yazıda, görünməzlik qabiliyyətini artıran xüsusi qanad quruluşuna diqqət çəkilərək, bu texnologiyanın yeni nəsil dron sistemləri üçün böyük sıçrayış olduğu bildirilib.

Məqalədə ANKA-3-ün yalnız Türkiyənin hava gücünü artırmaqla kifayətlənməyəcəyi, həm də Yunanıstan və digər regional oyunçularla hərbi balansı yenidən formalaşdıracağı qeyd olunub.

Türkiyə Hərbi Hava Qüvvələri üçün hazırlanan ANKA-3-ün 2026-cı ildə rəsmi olaraq inventara daxil edilməsi planlaşdırılır.

Chosen
9
turkic.world

1Sources