Portuqaliya Böyük Britaniya, Kanada və Avstraliyaya qoşularaq Fələstin dövlətini rəsmən tanıyıb.
Bu barədə “France 24” Portuqaliyanın xarici işlər naziri Paulo Ranjelə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, Portuqaliya Fələstin dövlətini rəsmən tanıyan sonuncu Aİ ölkəsi olub.
Xatırladaq ki, Böyük Britaniya, Kanada və Avstraliya bazar günü Fələstin dövlətini rəsmən tanıyıb.