EN

Sumqayıtda “Üzeyir Hacıbəyli və musiqi mirası” konserti keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıtda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə regional kamera orkestri, Xırdalan şəhər onbirillik musiqi məktəbinin Xalq Çalğı Alətləri Orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi çıxış edib.

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə bəstəkarın əsərləri, milli rəqslər və bədii kompozisiyalar təqdim olunub.

Chosen
1
3
azertag.az

4Sources