ABŞ Prezidenti Donald Tramp və amerikalı milyarder İlon Mask barışıb.
Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask siyasətçi Çarli Kirkin anım mərasimi başlayanda Arizona ştatındakı Dövlət Farm Arenasında yan-yana oturublar.
Belə ki, dodaq oxuma üzrə mütəxəssis onların söhbətini deşifrə edib.
Tramp Maska darıxdığını etiraf edib və ona "Vəziyyəti yoluna qoymaq üçün bir yol tapaq" deyib.
Qısa söhbətdən sonra onlar bir-birinin əlini sıxıblar və sahibkar prezidentin olduğu yeri tərk edib.
Fidan
Milli.Az