EN

Makrondan müəmmalı açıqlama: Rsiyanın müdafiəsinə qalxdı

Fransa prezidenti Emmanuel Makron Rusiyanın aktivlərinin müsadirə edilməsinin beynəlxalq hüququn pozulması olacağını bildirib.

Publika.az xəbər verir ki, Makron vurğulayıb ki, belə bir addım “tam xaosun başlanğıcına” gətirib çıxara bilər və buna görə də Avropa ölkələri “dondurulmuş bu aktivlərlə mümkün olmayan hər şeyi etməyəcək”.

“Biz hamımız beynəlxalq qaydalara əməl etməyə çox sadiqik. Hətta bu vəziyyətdə belə bu aktivlər mərkəzi bankdan müsadirə edilə bilməz. Hesab edirəm ki, bu, etimad məsələsidir və ölkələrimizin beynəlxalq hüquqa hörmət etməsi çox vacibdir”, - Makron deyib.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən istifadənin iki yolunu müzakirə edir: “Financial Times”a görə, aktivlərin Kiyev üçün 170 milyard avro reparasiya kreditlərinin təmin edilməsi üçün istifadə edilməsi planlaşdırılır.

Belçikanın Euroclear mərkəzi depozitarında saxlanılan vəsaitlərdən istifadə etmək üçün Brüssel Aİ-nin faizsiz istiqrazlarını ala bilər.

Chosen
10
1
publika.az

2Sources