“Neftçi”nin qapıçısı Rza Cəfərov gələcək karyerası ilə bağlı qərarını verib. Təcrübəli qolkiper komandadan ayrılmır.
O, davamlı oynamaq istəsə də, hələlik “ağ-qaralar”da qalacaq. Cəfərovun adı son günlərdə “Kəpəz”lə hallanırdı. Gəncə təmsilçisi futbolçunun xidmətində maraqlı olsa da, transferi reallaşdıra bilməyib.
Buna səbəb “sarı-göylər”in təklifinin millimizin qapıçısını qane etməməsidir. Gəncə klubunun maaş təklifi oyunçunun ürəyincə olmayıb.
Bu səbəbdən də keçid alınmayıb və məsələ bağlanıb.
İdmanxeber.az